Bank Of Baku

Azərbaycanda bank kreditləşməsi son bir ildə 20% artıb

Azərbaycanda bank kreditləşməsi son bir ildə 20% artıb
# 28 dekabr 2012 14:34 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən kredit qoyuluşlarının həcmi 2012-ci il noyabrın 1-nə 11 743,5 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 967,3 mln. manat və ya 20,1% çoxdur.

 

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda oktyabr ayında kreditlər üzrə artım 262,7 mln. manat və ya 2,3% təşkil edib.

 

Noyabrın 1-nə vaxtı keçmiş kreditlərin həcmi 763,7 mln. manat təşkil edib ki, bu da ümumi portfelin 6,5%-nə bərabərdir. Vaxtı keçmiş kreditlərin xüsusi çəkisi son bir ildə 0,1 faiz bəndi artıb.

 

Bankların kredit portfelində əsas yeri ev təsərrüfatlarına verilmiş kreditlər tutur. Belə ki, bu kreditlərin payına ümumi kredit portfelinin 35,2%-i düşür. Bundan sonra ticarət və xidmət sahəsinə verilən kreditlər də böyük paya malikdir. Bu göstərici 24,8%- bərabər olub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR