Bank Of Baku

Azərbaycanda bankların məcmu aktivləri 21% artıb

Azərbaycanda bankların məcmu aktivləri 21% artıb
# 28 dekabr 2012 13:28 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi son bir ildə 2 806,9 mln. manat və ya 20,8% artaraq 2012-ci il noyabrın 1-nə 16 309,9 mln. manata çatıb.

 

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, təkcə oktyabr ayında aktivlərin həcmi 311 mln. manat və ya 1,9% artıb:

 

 

 

Bank aktivlərinin tərkibində əsas yeri müştərilərə verilən kreditlər tutub. Belə ki, bu kreditlərin həcmi 10 405,9 mln. manat təşkil edib. Bundan başqa, aktivlərin strukturunda 1 334,5 mln. manat investisiyalar, 839,9 mln. manat müxbir hesabları, 742,6 mln. manat maliyyə sektoruna verilən kredit və depozitlər, 677,8 mln. manat nağd vəsaitlər və 2 309,2 mln. manat digər aktivlərin payına düşüb.

 

Passivlərin tərkibində isə 7 202,2 mln. manatı depozitlər, 4 830,7 mln. manatı maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 873,7 mln. manatı digər öhdəliklər və 2 403,3 mln. manatı kapital təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR