Bank Of Baku

Azərbaycanda bankların məcmu aktivləri son bir ildə 23% artıb

Azərbaycanda bankların məcmu aktivləri son bir ildə 23% artıb
# 08 yanvar 2013 11:21 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi son bir ildə 3 156,5 mln. manat və ya 23,1% artaraq 2012-ci il dekabrın 1-nə 16 821,2 mln. manata çatıb.

 

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, noyabr ayında aktivlərin həcmi 511,3 mln. manat və ya 3,1% artıb:

Bank aktivlərinin tərkibində əsas yeri müştərilərə verilən kreditlər tutur. Belə ki, bu kreditlərin həcmi 10 493,3 mln. manat təşkil edib. Bundan başqa, aktivlərin strukturunda 1 436,4 mln. manat investisiyalar, 1 080,5 mln. manat müxbir hesabları, 736,4 mln. manat maliyyə sektoruna verilən kredit və depozitlər, 624,2 mln. manat nağd vəsaitlər və 2 450,3 mln. manat digər aktivlərin payına düşür.

 

Passivlərin tərkibində isə 7 428,8 mln. manat həcmində depozitlər, 4 883,3 mln. manat həcmində maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 2 040,8 mln. manat həcmində digər öhdəliklər və 2 468,3 mln. manat həcmində kapital yer alıb.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR