Bank Of Baku

Azərbaycanda biznes-jurnalistikanın inkişafı üzrə proqramın birinci mərhələsi start götürüb

Azərbaycanda biznes-jurnalistikanın inkişafı üzrə proqramın birinci mərhələsi start götürüb
# 11 noyabr 2013 11:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycanın yerli kütləvi informasiya vasitələrində biznes-mövzuları işıqlandıran jurnalistlərin yeni təlim proqramı start götürür.

 

Layihə “Paşa Bank” və Böyük Britaniyanın mədəni əlaqələr və təhsil üzrə aparıcı beynəlxalq təşkilatı – “British Council” tərəfindən artıq üçüncü ildir ki, uğurla həyata keçirilir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu, seçilmiş jurnalistlərin ehtiyacları nəzərə alınmaqla, xüsusi hazırlıq proqramı çərçivəsində milli kütləvi informasiya vasitələrinin işçilərinin peşəkar bilik və bacarıqlarının möhkəmləndirilməsinə yönəldilən nadir layihədir. Proqram Avropanın ən iri media-strukturlarından biri - bütün dünyada müxtəlif kütləvi informasiya vasitələrinin yaradılmasında və dəstəklənməsində minlərlə jurnalistə imkan yaradan və dünyanın yüzdən çox ölkəsində fəaliyyət göstərən “Thomson Foundation”in (Böyük Britaniya) təşkilati dəstəyi ilə həyata keçirilir.

 

Layihədə iştirak etmək üçün “Paşa Bank” və “British Council” Azərbaycanın aparıcı KİV-ni təmsil edən 12 jurnalisti seçib. Bu il layihəyə jurnalistlər üçün xüsusi media-kursun keçirilməsi və onlardan ikisinin Böyük Britaniyaya səfəri daxil edilib. Burada onlar məşhur qəzet, jurnal və digər kütləvi informasiya vasitələrinin redaksiyalarında olacaq, təcrübə mübadiləsi edəcək və aparıcı jurnalistlərlə görüşlər keçirəcəklər.

 

Proqramın 1-ci mərhələsi noyabrın 15-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR