Bank Of Baku

Azərbaycanda CAPSAP layihəsi çərçivəsində keçirilən təlimlərin ilk mərhələsinə yekun vurulub

Azərbaycanda CAPSAP layihəsi çərçivəsində keçirilən təlimlərin ilk mərhələsinə yekun vurulub
# 29 dekabr 2012 13:20 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində beynəlxalq mühasibat uçotunun əsasları üzrə keçirilən təlimlərin ilkin nəticələrinə həsr olunmuş tədbir keçirilib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Maliyyə Nazirliyinin, dövlət orqanlarının və Dünya Bankının nümayəndələrinin iştirak etdiyi tədbirdə dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssislərinin yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərə malik olması, eləcə də onların peşəkarlıq səviyyəsinin daim dəyişən və yeniləşən mühasibat standartlarına uyğunlaşdırılması məqsədilə Maliyyə Nazirliyi Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Maliyyə Elm-Tədris Mərkəzində sentyabr ayından başlanılan təlimlərin ilkin mərhələsinin nəticələri müzakirə edilib.

 

«Maliyyə uçotu» fənni üzrə keçirilmiş imtahanların nəticələrinə görə ən yüksək bal toplamış şəxslərə müxtəlif xatirə hədiyyələri təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR