Bank Of Baku

Azərbaycanda cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti azalıb

Azərbaycanda cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti azalıb
# 18 dekabr 2012 10:20 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti 2012-ci ilin yanvar-sentyabr ayları üzrə 29,0% təşkil edib. «APA-Economics»in hesablamalarına görə, ötən ilin ilk 9 ayına nisbətən bu göstərici üzrə 12,7 faiz bəndi azalma müşahidə olunub.

 

Müqayisə üçün qeyd edək ki, 2011-ci ilin yekunlarına görə, cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti 34,2%, bu ilin iki rübü nəticəsində isə 31,6% təşkil edib. Beləliklə, cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti üzrə illik və rüblük müqayisədə azalma baş verib.

 

Cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbətinin illik azalması cari əməliyyatlar hesabı balansının ötən ilin üç rübü ilə müqayisədə azalması ilə bağlı olub. Belə ki, bu göstərici illik müqayisədə 2,906 mlrd. dollar və ya 20,1% azalıb.

 

Qeyd edək ki, cari əməliyyatlar hesabı balansının qeyri-neft ÜDM-ə nisbəti üç rüb üzrə 57,5% təşkil edib və bu, illik müqayisədə 26,5 faiz bəndi azdır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR