Bank Of Baku

Azərbaycanda daha bir bank Əmanətlərin Sığortalanması Fonduna üzv olub

Azərbaycanda daha bir bank Əmanətlərin Sığortalanması Fonduna üzv olub
# 16 may 2015 06:59 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Ziraat Bank Azərbaycan” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv olub.

 

Fonddan “APA-Economics”ə verilən məlumata, “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti bu ilin mayın 15-dən Əmanətlərin Sığortalanması Fonduna üzv olub. Bununla da Fonda üzv olan bankların sayı 44-ə çatıb.

 

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fonduna üzv olan hər bir banka fondun şəhadətnaməsi verilir və bu “Şəhadətnamə”lər banklarda əmanətçilərə xidmət göstərilən yerlərdə asılır.

 

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, bu ilin fevralın 24-dən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12%-dir.

 

Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.

 

Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fonduna üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman fond tərəfindən qorunan əmanətlərə görə əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 000 manat məbləğində kompensasiya ödənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR