Bank Of Baku

Pakistan lideri: ABŞ-İran danışıqları müsbət atmosferdə keçib, ümidverici irəliləyiş əldə edilib

Pakistan lideri: ABŞ-İran danışıqları müsbət atmosferdə keçib, ümidverici irəliləyiş əldə edilib
# 22 iyun 2026 13:36 (UTC +04:00)
0:00 / 0:00
80%

İsveçrənin Bürgenstok şəhərində keçirilən ABŞ-İran danışıqları çərçivəsində yüksək səviyyəli komitənin ilk iclası uğurla başa çatıb.

APA xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “X”-də yazıb.

Şahbaz Şərifin sözlərinə görə, görüş konstruktiv atmosferdə keçib və ümidverici irəliləyiş əldə olunub.

“İslamabad Anlaşma Memorandumu çərçivəsində keçirilən ilk Yüksək Səviyyəli Komitənin iclası uğurla başa çatıb. Müzakirələr müsbət və konstruktiv şəraitdə keçirilib və yekun razılaşmaya aparan 60 günlük yol xəritəsi, siyasi nəzarəti təmin edəcək Yüksək Səviyyəli Komitənin yaradılması və əlavə texniki danışıqların başlanması barədə razılıq əldə olunub”, – Pakistanın Baş naziri qeyd edib.

Şahbaz Şərif ABŞ və İran rəhbərliklərinə danışıqlara sadiq qaldıqlarına görə təşəkkür edib: “Mən həm ABŞ, həm də İran rəhbərliyinin konstruktiv dialoqa sadiqliyini yüksək qiymətləndirirəm və bu tarixi prosesin irəliləməsinə dəstək verən bütün qardaş və dost ölkələrə minnətdarlığımı bildirirəm”.

Pakistan hökumətinin başçısı göstərdiyi mühüm dəstəyə görə Qətərə xüsusi təşəkkürünü bildirib.

Pakistanın Baş naziri ölkəsinin bu prosesdəki roluna da toxunub: “Pakistan sülh və uzunmüddətli həllə nail olmaq üçün dialoq və diplomatiyanın təşviqində dürüst və səmimi rolunu davam etdirəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR