Bakı. APA-Economics. Azərbaycanda Bank Olmayan Kredit Təşkilatlarının sayı artır.
Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvarında 2 bank olmayan kredit təşkilatı (BOKT) - "RHM Finance" və "Sah-Sevan Finans" qeydiyyata alınıb.
Bundan başqa, "Leasing-AF" MMC də qeydiyyatdan keçib.