Bank Of Baku

Azərbaycanda dollarla avronun bahalaşması davam edir

Azərbaycanda dollarla avronun bahalaşması davam edir
# 19 fevral 2015 07:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi bankının fevralın 19-da olan rəsmi məzənnəsinə əsasən, 1 ABŞ dolları 0,7857 manat səviyyəsində qərarlaşıb.

 

APA-Economics”in məlumatına görə, bu göstərici ötən gün ilə müqayisədə 0,025% artım deməkdir.

 

Ümumilikdə, AMB-nin məzənnə siyasətini dəyişdiyini elan etdiyi gündən, yəni fevralın 16-dan etibarən (həmin gün dolların məzənnəsi 0,7844 manat olub) dollar manata qarşı 0,17% bahalaşıb.

 

Bundan başqa, bivalyuta səbətində yer alan avronun məzənnəsi ötən gün ilə müqayisədə 0,1% artaraq 0,8968 manat təşkil edib.

 

Məzənnə siyasəti dəyişildiyi gündən isə (həmin gün avronun məzənnəsi 0,8962 manat olub) avro manatla nisbətdə 0,067% möhkəmlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR