Bank Of Baku

Azərbaycanda dollarlaşma səviyyəsi aşağı düşüb

Azərbaycanda dollarlaşma səviyyəsi aşağı düşüb
# 14 may 2016 13:29 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. 2016-cı ilin ilk rübündə dollarlaşma səviyyəsi aşağı düşüb.

 

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2016-cı ilin yanvar-mart ayları üzrə “Pul siyasəti” icmalında məlumat verilib.

 

Xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəlində 59,2% olduğu halda, I rübün yekunu üzrə 56,7% təşkil edib.

 

Xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə ilin əvvəlində 76,4% təşkil etdiyi halda, I rübün sonuna 74,9% təşkil edib.

 

Bundan başqa, I rübdə fiziki şəxslərin manatla əmanətləri ilin əvvəlinə nəzərən 6,4% artdığı halda, xarici valyutada əmanətləri 20,8% azalıb. Fiziki şəxslərin depozitlərinin  dollarlaşması səviyyəsi ilin əvvəlindəki 85%-dən 81%-ə enib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR