Bank Of Baku

Azərbaycanda dövlət büdcəsinin vergi orqanları üzrə daxilolmaları 11% artıb

Azərbaycanda dövlət büdcəsinin vergi orqanları üzrə daxilolmaları 11% artıb
# 12 dekabr 2013 09:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6 245,439 mln. manat vəsait daxil olub. Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,8% çoxdur.

 

Bu məbləğin 37,9%-i mənfəət vergisi, 24,7%-i əlavə dəyər vergisi, 12%-i fiziki şəxslərin gəlir vergisi, 7,5%-i aksizlər, 17,9%-i isə digər vergilərin payına düşüb. Qeyri-neft sektoru üzrə büdcəyə 3 409,294 mln. manat vəsait daxil olub.

 

Yanvar-noyabr aylarında respublika üzrə 66 162, o cümlədən elektron qaydada 30 221 (45,7%) vergi ödəyicisi qeydiyyata alınıb. Bu ilin dekabrın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 533 093 təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 11,8% çoxdur.

 

Hesabat dövründə ölkə üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,4% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR