Bank Of Baku

Azərbaycanda dövlət ipoteka kreditləşməsi noyabrda iki dəfədən çox artıb

Azərbaycanda dövlət ipoteka kreditləşməsi noyabrda iki dəfədən çox artıb
# 06 dekabr 2012 09:53 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin noyabr ayında Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 10,38 mln. manat həcmində ipoteka krediti verilib. Bu, oktyabr ayında verilən ipoteka kreditləri ilə müqayisədə 2,2 dəfə artıqdır. Bu barədə «APA-Economics»ə AİF-dən məlumat verilib.

 

Nəticədə, bu ilin əvvəlindən indiyədək 11 ay ərzində verilən ipoteka kreditlərinin məbləği 60,44 mln. manata çatıb. Ümumilikdə, dövlət xətti ilə ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 405,98 mln. manata çatıb. Nəticədə, 2012-ci il dekabrın 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 43,7 manat təşkil edib.

 

Noyabrda AİF tərəfindən 10,74 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Oktyabr ayı ilə müqayisədə yenidən maliyyələşdirilən kreditlərin həcmi 2,1 dəfə artıb. Nəticədə, ilk 11 ay ərzində 85,42 mln. manatlıq kreditlər yenidən maliyyələşdirilib.

 

İndiyədək verilən ipoteka kreditlərinin 337,64 mln. manatı və ya 83,16%-i təkrar maliyyələşdirilib. Noyabrda İpoteka Fondu istiqraz buraxmayıb. Nəticədə, ilk 11 ayda fondun buraxdığı istiqrazların həcmi dəyişməyərək 23 mln. manat səviyyəsində qalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR