Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi son bir ayda sabit qalıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi son bir ayda sabit qalıb
# 19 dekabr 2012 10:53 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2012-ci ilin yanvar-noyabr ayları üzrə 1,46 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, yanvar-oktyabr aylarının göstəricisinə bərabərdir:

 

                                                            Alıcılıq qabiliyyəti indeksi

 

 

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi hesablanır. Həmin nisbət əhalinin gəlirlərinin xərclərini üstələməsini və əhalinin sərəncamında qalan vəsaitlərin həcmini göstərir.

 

Qeyd edək ki, yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi 15 439,4 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 5 108,6 mln. manat, əhalinin məcmu gəlirləri isə 29 906,0 mln. manat təşkil edib. Beləliklə, gəlirlər əsas xərcləri 9 358,0 mln. manat və ya 45,5% üstələyib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR