Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev «Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında» qanunu təsdiq edib.
«APA-Economics»in məlumatına görə, qanuna əsasən, gələn ilin əvvəlindən Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 93 manat məbləğində nəzərdə tutulub.
Beləliklə, gələn ilin əvvəlindən Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 10,7% artırılıb. Bu, 2012-ci il üçün həmin məbləğ 84 manata bərabər olub.