Bakı - APA-Economics. Azərbaycanda torpaq və əmlak vergisi üzrə dövlət büdcəsinə daxilolmaların həcmində artım dinamikası müşahidə olunur.
"APA-Economics"in xəbərinə görə, yanvar-iyul aylarında dövlət büdcəsinə torpaq vergisi üzrə 27,2 mln. manat daxil olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,2 mln. manat və ya 29,5% çoxdur.
Hesabat dövründə dövlət büdcəsinə əmlak vergisi üzrə 85,1 mln. manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 mln. və ya 3% çoxdur.