Bank Of Baku

Azərbaycanda ən bahalı kreditlər cənub bölgəsində verilir

Azərbaycanda ən bahalı kreditlər cənub bölgəsində verilir
# 08 yanvar 2013 08:47 (UTC +04:00)

 

Azərbaycan Mərkəzi Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin yanvar-noyabr aylarında ölkə üzrə verilən kreditlərin orta faiz dərəcəsi illik 15,4% təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 0,9% aşağıdır.

 

Kredit portfelində böyük yer tutan Bakı şəhərində kreditlərin faiz dərəcəsi əvvəlki ilə (15,7%) nisbətən azalaraq 14,6%-ə düşüb. Amma kreditlərin faiz dərəcələri ölkənin ayrı-ayrı ərazilərində fərqli dəyişib. Belə ki, Bakı, Abşeron, Gəncə-Qazax, Quba-Xaçmaz və Lənkəran iqtisadi rayonlarında kreditlərin faiz dərəcələri aşağı düşüb. Əvəzində Aran, Dağlıq Şirvan, Şəki-Zaqatala, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın və Naxçıvanda kreditlər bahalaşıb. AMB-nin məlumatlarına görə, ölkədə ən ucuz kreditlər Naxçıvanda (illik 12,5%), ən bahalı kreditlər Lənkəranda (24,4%) verilir.

 

Kreditlər üzrə orta faiz dərəcələri

Bölgələr

Yanvar-noyabr,

2011-ci il

Yanvar-noyabr, 

2012-ci il

Azərbaycan

16,3%

15,4%

Bakı

15,7%

14,6%

Abşeron

18,8%

17,9%

Aran

21,9%

22,2%

Dağlıq Şirvan

19,5%

22,1%

Gəncə-Qazax

21,4%

20,7%

Quba-Xaçmaz

21,5%

19,5%

Lənkəran

24,6%

24,4%

Şəki-Zaqatala

21,5%

23,7%

Yuxarı Qarabağ

19,6%

22,0%

Kəlbəcər-Laçın

17,2%

17,9%

Naxçıvan

11,7%

12,5%

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR