Bank Of Baku

Azərbaycanda ən çox ödəniş edən sığorta şirkətlərinin adları açıqlanıb

Azərbaycanda ən çox ödəniş edən sığorta şirkətlərinin adları açıqlanıb
# 17 iyun 2015 13:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-may aylarında Azərbaycanda sığorta ödənişlərinin məbləğinə görə lider “Qala Həyat Sığorta” şirkəti olub.

 

APA-Economics” xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov deyib ki, bu ilin 5 ayında şirkət 15,3 mln. manat sığorta ödənişi həyata keçirib.

 

Sonrakı yerləri tutan “PAŞA Sığorta”nın ödənişləri 11,6 mln. manat, “Atəşgah Sığorta”nın ödənişləri isə 6,3 mln. manat təşkil edib. Ödənişlərin məbləğinə görə, ilk “beşliy”i “Atəşgah Həyat Sığorta” (5,5 mln. manat) və “AXA Mbask” (4,9 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 58,5%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (43,6 mln. manat) düşür.

 

Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (86,63 min manat), “Günay Sığorta” (41,15 min manat), “İpək Yolu Sığorta” (18,83 min manat), “Çartis Azərbaycan” (13,2 min manat) və “Azərqarant” (1,432 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 161,24 min manat olub ki, bu da ödənişlərin 0,2%-ni təşkil edir.

 

Ümumilikdə 27 sığorta şirkətindən 2-də ödənişlərin məbləği 10 mln. manatdan çox, 2-də 5 mln. manatdan çox, 10-da 1 mln. manatdan 5 mln. manata qədər, 5 şirkətdə 500 min manatdan 1 mln. manata qədər, 3 şirkətdə 100 min manatdan 500 min manata qədər, 5 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR