Bank Of Baku

Azərbaycanda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları təsdiqləyib

Azərbaycanda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları təsdiqləyib
# 12 yanvar 2013 09:23 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov – APA-Economics. Maliyyə Nazirliyi Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun illik maliyyə hesabatları tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə təlimatı təsdiqləyib.

 

«APA-Economics»in məlumatına görə, «Mühasibat uçotu haqqında» qanun və Büdcə təşkilatları üçün Milli Mühasibat Standartları əsasında hazırlanan bu təlimat hesabatlarını bu standartlar əsasında tərtib edən büdcə təşkilatlarına, büdcədənkənar dövlət fondlarına və bələdiyyələrə şamil edilir.

 

Təlimat təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə amortizasiyanın düz xətt və azalan qalıq metodu əsasında tətbiq edilən amortizasiya normalarını müəyyən edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR