Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitlərin ümumi həcmi 924,1 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 61,2% artıb.
«Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yönəldilmiş vəsaitin 820,9 mln. manatı və ya 88,8%-i Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə və Çexiya investorlarına məxsus olub», - deyə Komitədən bildirilib.