Bank Of Baku

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları bir ildə 7% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları bir ildə 7% artıb
# 18 fevral 2015 14:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 103 745,72 min manat təşkil edib.

 

APA-Economics”in DGK-ya istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 432,5 min manat və ya 6,6% çoxdur.

 

Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 31 956,24 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 65 386,34 min manat, aksizlər üzrə 5 140,77 min manat, yol vergisi üzrə isə 1 262,36 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR