Bank Of Baku

Azərbaycanda icbari sığorta ilə bağlı yeni normativ sənədlər təsdiqlənib

Azərbaycanda icbari sığorta ilə bağlı yeni normativ sənədlər təsdiqlənib
# 11 yanvar 2013 13:41 (UTC +04:00)

 

Bakı – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanunun tətbiqi ilə əlaqədar bir sıra yeni sənədləri təsdiqləyib.

 

«APA-Economics»in məlumatına görə, Nazirlik «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı annuitet haqqının məbləğinin hesablanması Qaydaları», «Annuitet müqaviləsinin məzmunu və forması, onun bağlanması, dəyişdirilməsi və ona xitam verilməsi Qaydaları» və «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə sığorta məbləğinin müəyyənləşdirilməsi Qaydaları»nı təsdiq edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR