Bank Of Baku

Azərbaycanda iki kredit ittifaqının lisenziyası ləğv edilib

Azərbaycanda iki kredit ittifaqının lisenziyası ləğv edilib
# 09 fevral 2015 12:08 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bank (AMB) iki kredit ittifaqının məhdud bank fəaliyyəti üzrə lisenziyalarını ləğv edib.

 

AMB-dən “APA-Economics”ə verilən məlumata əsasən, “East Credo Kredit İttifaqı” və “Xazar Finans” kredit ittifaqlarının lisenziyaların ləğvi kredit təşkilatlarının son bir ildə fəaliyyət göstərməməsi və daxili auditi ödəməməsi ilə əlaqələndirilir.

 

Qeyd edək ki, “East Credo Kredit İttifaqı” (Cəlilabad rayonu) fəaliyyət göstərməsi üçün lisenziyanı 2011-ci il dekabrın 5-də, “Xazar Finans  Kredit İttifaqı” (Bakı ş. Nəsimi rayonu) isə 2013-cü il fevralın 18-də əldə edib.

 

Kredit ittifaqlarının lisenziyasının ləğvi ilə bağlı Mərkəzi Bankın qərarı 2015-ci il yanvarın 21-də qəbul edilib. Qərar qəbul edildiyi gündən 10 gün sonra qüvvəyə minir.

 

Hər iki kredit ittifaqına ləğv olunma komissiyası yaratmaq tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR