Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,7% artaraq 24,7 mlrd. manat təşkil edib, neft-qaz sektorunda isə 6,5% azalıb.
ÜDM-in 50,5%-i sənayedə, 9,9%-i tikintidə, 5,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 6,7%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 4,8%-i nəqliyyat və anbar təsərrüfatında, 1,8%-i informasiya və rabitə xidmətlərində, 1,5%-i turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində, 12,7%-i isə sosial və digər xidmət sahələrində istehsal edilib.
«Bu dövrdə tikintidə əlavə dəyər real ifadədə 23,1%, informasiya və rabitə xidmətlərində 16,8%, turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində 15,7%, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,4%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,7%, nəqliyyat və anbar təsərrüfatında isə 2,5%, sosial və digər xidmətlər sahəsində 3,3% artıb», - deyə Komitədən bildirilib.