Bank Of Baku

Azərbaycanda istehlak bazarı 10%-ə yaxın artıb

Azərbaycanda istehlak bazarı 10%-ə yaxın artıb
# 20 fevral 2015 11:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə ölkə bazarlarında satılmış əmtəə və xidmətlərin həcmi 2,5 mlrd. manat olmaqla 2014-cü ilin eyni ayı ilə müqayisədə 8,5% artıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak bazarı üzrə real artımın 79,7%-i ticarət, 20,3%-i xidmət fəaliyyətinin hesabına yaranıb.

 

Bu ilin ilk ayında özəl bölmənin ticarət və xidmət fəaliyyəti daha da genişlənib və istehlakçıların alıcılıq tələbatının ödənilməsində önəmli yer tutub. Özəl təsərrüfat subyektlərində satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni ayının səviyyəsini 8,9% üstələyərək 2,4 mlrd. manata bərabər olub. İstehlak bazarı üzrə real artımın 97,9%-i özəl bölmənin sayəsində təmin edilib.

 

Hesabat ayında hər bir istehlakçı orta hesabla 264,6 manatlıq və ya əvvəlki ilin eyni ayı ilə müqayisədə 18,2 manat çox əmtəə alıb və pullu xidmətlərdən istifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR