Bank Of Baku

Azərbaycanda istehlak bazarı bir ildə 9%-dək artıb

Azərbaycanda istehlak bazarı bir ildə 9%-dək artıb
# 16 may 2015 10:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə ölkə bazarlarında bu ilin yanvar-aprel aylarında satılmış əmtəə və xidmətlərin həcmi 9,9 mlrd. manat olmaqla 2014-cü ilin eyni dövrü ilə müqayisədə 8,7%  artıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak bazarı üzrə real artımın 82,2%-i ticarət, 17,8%-i xidmət fəaliyyətinin hesabına yaranıb.

 

Bu ilin ilk dörd ayında özəl bölmənin ticarət və xidmət fəaliyyəti daha da genişlənmiş və istehlakçıların alıcılıq tələbatının ödənilməsində önəmli yer tutub. Özəl təsərrüfat subyektlərində satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 9,1% üstələyərək 9,4 mlrd. manata bərabər olub. İstehlak bazarı üzrə real artımın 99,2%-i özəl bölmənin sayəsində təmin edilib.

 

Hesabat dövründə hər bir istehlakçı orta hesabla ayda 260,8 manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25,7 manat çox əmtəə almış və pullu xidmətlərdən istifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR