Bank Of Baku

Azərbaycanda istehlakçıların xərclədiyi vəsaitin 8%-i avtomobil yanacağının alınmasına sərf olunub

Azərbaycanda istehlakçıların xərclədiyi vəsaitin 8%-i avtomobil yanacağının alınmasına sərf olunub
# 22 noyabr 2014 10:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 92,8 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 92,9 manatlıq qeyri-ərzaq malları alıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2013-cü ilin eyni dövrünün müvafiq göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alınmasına 14,6 manat daha çox vəsait xərcləndiyi halda, qida məhsulları, içkilər və tütün məmulatları üzrə bu məbləğ 2,8 manata bərabər olub.

 

Hesabat dövründə   istehlakçıların pərakəndə   ticarət şəbəkələrində xərclədiyi vəsaitin yarısı qida məhsulları, içkilər və tütün məmulatlarının, 21,2%-i toxuculuq malları, geyim və ayaqqabıların, 4,5%-i elektrik malları və mebelin, 0,6%-i kompüterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 1,3%-i əczaçılıq və tibbi malların, 7,9%-i avtomobil yanacağının, 14,5%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

 

Bu ilin on ayında elektron ticarət şəbəkəsində istehlakçılara 5,1 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çox geniş çeşidli istehlak malları satılıb. Elektron ticarət dövriyyəsinin 95%-ni təşkil edən qeyri-ərzaq mallarının satışı əvvəlki ilin eyni dövrünün səviyyəsini 2,5 dəfə üstələyərək 4,9 mln. manata bərabər olub.

 

Elektron ticarəti üzrə istehlak mallarının satışının 91,6%-i hüquqi şəxslərin, 8,4%-i isə fərdi sahibkarların ticarət subyektləri tərəfindən həyata keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR