Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 817,4 mln. manat və ya 28,7% artaraq 2013-cü il noyabrın 1-nə 3 662,7 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində xarici öhdəliklər 589,1 mln. manat və ya 19,2%, təkcə oktyabr ayında isə 88,8 mln. manat və ya 2,5% artıb:

Qeyd edək ki, bankların məcmu xarici aktivlərinin həcmi 2013-cü il noyabrın 1-nə 2 223,7 mln. manat təşkil edib və bu, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 254,9 mln. manat və ya 13% çoxdur. Cari ilin yanvar-oktyabr ayları ərzində burada 207,6 mln. manat və ya 10,3%, təkcə oktyabrda isə 92,3 mln. manat və ya 4,3%-lik artım müşahidə olunub.