Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2012-ci il dekabrın 1-i vəziyyətinə ölkə üzrə ümumi kredit portfelinin həcmi 12 042,376 mln. manat təşkil edib ki, bunun da 10 521,365 mln. manatı və ya 87,37%-i Bakı şəhərinin, 12,63%-i isə regionların payına düşür. Ötən ilin eyni dövründə isə kredit portfelinin 87,2%-i paytaxtın, 12,8%-i isə bölgələrin payına düşüb. Yəni, son bir ildə ölkə üzrə kredit portfelində regionların payı 12,8%-dən 12,63%-ə enib.
Bu dövr ərzində ölkə üzrə kredit portfelinin həcmi ötən ilin eyni dövrünə nisbətən 22,2% artıb. Lakin müxtəlif bölgələrdə kredit portfelinin artım sürəti fərqli olub, bəzi bölgələrdə isə kreditlərin azalması müşahidə edilib. Son bir ildə kredit portfelinin ən böyük artımı Kəlbəcər-Laçın (42,2%) və Yuxarı Qarabağ (39,3%) iqtisadi rayonlarında qeydə alınıb. Amma bu iqtisadi rayonların kredit portfelinin həcmi kiçik olduğuna görə, nominal artım o qədər də böyük deyil. Digər bölgələr üzrə kredit portfelinin ən böyük artımı Quba-Xaçmaz və Abşeron iqtisadi rayonlarında baş verib (müvafiq olaraq 32,2% və 31,7%). Aran, Dağlıq Şirvan və Lənkəran bölgələrində kreditlərin artım sürəti ölkə üzrə ümumi artımdan aşağı olub. Şəki-Zaqatala iqtisadi rayonunda verilən kreditlərin həcmi isə ümumiyyətlə aşağı düşüb. Bakı şəhərində kredit portfelinin artım sürəti isə ölkə üzrə orta göstəricidən (22,5%) bir qədər artıq olub.
Regionlar üzrə kredit qoyuluşu
|
Bölgələr |
Yanvar-noyabr, 2012-ci il (min AZN) |
İllik dinamika |
|
Ölkə üzrə ümumi |
12 042 375,9 |
22,2% |
|
Bakı |
10 521 364,7 |
22,5% |
|
Abşeron |
368 552,1 |
31,7% |
|
Aran |
327 699,8 |
17,2% |
|
Dağlıq Şirvan |
36 332,9 |
15,0% |
|
Gəncə-Qazax |
327 273,7 |
21,9% |
|
Quba-Xaçmaz |
132 769,0 |
32,2% |
|
Lənkəran |
133 167,4 |
13,8% |
|
Şəki-Zaqatala |
93 339,2 |
-8,7% |
|
Yuxarı Qarabağ |
14 917,6 |
39,3% |
|
Kəlbəcər-Laçın |
3 037,5 |
43,2% |
|
Naxçıvan |
83 922,1 |
22,1% |