Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2013-cü il iyunun 1-nə 17 109,4 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 529,9 mln. manat və ya 17,4% çoxdur.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, təkcə bu ilin yanvar-may aylarında geniş mənada pul kütləsi 334,1 mln. manat və ya 2,0% artıb.
Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) son bir ildə 2 681,5 mln. manat və ya 23,4% artaraq 14 138,2 mln. manata çatıb:
(mln.
|
|
01.06.2012 |
01.01.2013 |
01.06.2013 |
|
M0 (nağd pul) |
7 509,9 |
9 256,6 |
9 098,2 |
|
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) |
9 194,7 |
11 107,9 |
11 198,3 |
|
M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) |
11 456,7 |
13 806,4 |
14 138,2 |
|
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) |
14 579,5 |
16 775,3 |
17 109,4 |
Göründüyü kimi, son bir il ərzində nağd manat kütləsi 1 588,3 mln. manat və ya 21,2% artıb. Beləliklə, manat pul kütləsinin artımının 59,2%-i nağd pullarının artmasının payına düşür.
Ölkədə nağdlaşma səviyyəsi bu ilin iyunun 1-nə 64,4%-ə bərabər olub ki, bu da illik müqayisədə 1,2 faiz bəndi azdır.
Qeyd edək ki, 2010-2011-ci illərlə müqayisədə manat kütləsinin artım tempi müəyyən dərəcədə azalıb. Belə ki, 2010-cu ildə artım 34,5%, 2011-ci ildə 32,5%, 2012-ci ildə 25,6% təşkil edib.