Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2012-ci ilin dekabrın 1-nə 15 787,7 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 957,0 mln. manat və ya 23,0% çoxdur.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar-noyabr aylarında geniş mənada pul kütləsi 1 884,5 mln. manat və ya 13,6% artıb.
Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) son bir ildə 2 657,7 mln. manat və ya 26,6% artaraq 12 649,6 mln. manata çatıb:
(mln. AZN)
|
|
01.12.2011 |
01.01.2012 |
01.12.2012 |
|
M0 (nağd pullar) |
6 529,4 |
7 158,2 |
8 383,6 |
|
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) |
8 027,0 |
8 824,8 |
10 100,5 |
|
M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) |
9 991,9 |
10 997,2 |
12 649,6 |
|
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) |
12 830,7 |
13 903,2 |
15 787,7 |
Qeyd edək ki, noyabr ayında ümumi manat kütləsinin artımı fonunda banklardan kənarda nağd pulların (M0 aqreqatı) həcmi azalıb. Beləliklə, M2 aqreqatının noyabrda artımı sırf depozitlərin artımı hesabına baş verib.
Ötən ilin dekabrın 1-nə nağd pulun manat pul kütləsində xüsusi çəkisi (nağdlaşma səviyyəsi) 66,3% təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 1,0 faiz bəndi çoxdur.
Qeyd edək ki, 2010-2011-ci illərlə müqayisədə manat kütləsinin artım tempi müəyyən dərəcədə azalıb. Belə ki, 2010-cu ildə artım 34,5%, 2011-ci ildə 32,5% olub.