Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2012-ci ilin noyabrın 1-nə 15 606,6 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 954,4 mln. manat və ya 23,4% çoxdur.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-oktyabr aylarında geniş mənada pul kütləsi 1 703,4 mln. manat və ya 12,3% artıb.
Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) son bir ildə 2 815,0 mln. manat və ya 28,9% artaraq 12 563,6 mln. manata çatıb:
(mln. manat)
|
|
01.11.2011 |
01.01.2012 |
01.11.2012 |
|
M0 (nağd pullar) |
6 505,3 |
7 158,2 |
8 415,5 |
|
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) |
7 835,8 |
8 824,8 |
10 096,2 |
|
M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) |
9 748,6 |
10 997,2 |
12 563,6 |
|
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) |
12 652,2 |
13 903,2 |
15 606,6 |
Manat pul kütləsinin genişlənməsi əsasən nağd pulların artımı hesabına baş verib. Belə ki, nağd pulların illik artımı 1 910,2 mln. manat təşkil edib və bu, ümumi manat kütləsinin artımının 68%-nə bərabərdir. Eyni zamanda, nağdlaşma səviyyəsi illik müqayisədə az da olsa, artıb. Belə ki, bu ilin noyabrın 1-nə nağd pulun manat pul kütləsində xüsusi çəkisi 67,0% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,3 faiz bəndi çoxdur.
Qeyd edək ki, 2010-2011-ci illərlə müqayisədə manat kütləsinin artım tempi müəyyən dərəcədə azalıb. Belə ki, 2010-cu ildə artım 34,5%, 2011-ci ildə isə 32,5% olub.