Bank Of Baku

Azərbaycanda pensiya xərcləri 4% artıb - FOTO

Azərbaycanda pensiya xərcləri 4% artıb - <span style="color: red;">FOTO
# 12 iyul 2013 11:43 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2013-cü ilin I yarım ilinin yekunlarına həsr olunan geniş kollegiya iclası keçirilib.

 

APA-Economics”in xəbərinə görə, iclasda çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, bu ilin 6 ayında Fondun gəlirləri 1 306,6 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 2,7%, proqnozdan isə 1,9% çoxdur.

 

Bu ilin birinci yarısında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2012-ci ilin birinci yarısına nisbətən 11,9% artaraq 723,8 mln. manat təşkil edib. Proqnoz 103,1% icra olunub. Bu ilin I yarısında sosial sığorta haqlarının 63,9%-i və ya 462,8 mln. manatı qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,8% artıq olmaqla proqnozun 121,4% icra edildiyini göstərir.

 

Hesabat dövrü ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 47,9%, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 55,1% artıb. Hesabat dövründə büdcədən maliyyələşən təşkilatlardan daxil olmuş sosial sığorta haqqının məbləği 261,0 mln. manat təşkil edib.

 

Hesabat dövründə Fondun xərcləri 1 241,9 mln. manat olub. Həmin dövrdə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1 219,0 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5% çoxdur. Pensiya xərcləri 2012-ci ilin birinci yarısına nisbətən 3,5% artaraq 1 190,6 mln. manat təşkil edib. Bu ilin yanvar-iyun aylarında əhaliyə 28,4 mln. manat məbləğində müavinət ödənilib. 

 

İclasda bildirilib ki, ölkə üzrə əmək pensiyaçılarının sayı ilin əvvəli ilə müqayisədə 0,2% azalaraq iyulun 1-ə 1 270,1 min nəfər təşkil edib. İyulun 1-ə əmək pensiyalarının orta aylıq məbləği 153,6 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 170,1 manat olub.

 

S.Müslümov bildirib ki, Fond əhaliyə təqdim olunan elektron xidmətlərin sayını 8-dən 25-ə çatdırıb. S.Müslümov ötən 6 ay ərzində fərdi uçot sisteminin tətbiq dairəsinin daha da genişləndirilməsi məqsədilə davam etdirilən tədbirlər nəticəsində fərdi şəxsi hesaba malik  sığorta olunanların sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2% artdığını bildirib. Bu ilin iyulun 1-nə fərdi şəxsi hesaba malik  sığorta olunanların sayı 2 581 586 nəfərə yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR