Bank Of Baku

Azərbaycanda pensiyaçılar bayrama qədər pensiyalarını ala biləcək

Azərbaycanda pensiyaçılar bayrama qədər pensiyalarını ala biləcək
# 29 dekabr 2012 10:21 (UTC +04:00)

 

 «APA-Economics»in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

 

S.Müslümov qeyd edib ki, dekabr ayı üzrə pensiyaların maliyyələşməsi üçün DSMF-nin mərkəzi xəzinə hesabından tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi dekabrın 28-də başa çatdırılıb: «Artıq bayrama qədər bütün pensiyaçılar öz pensiyalarını ala bilərlər».

 

S.Müslümov bildirib ki, son illər həyata keçirilən sosial müdafiə tədbirləri nəticəsində 2012-ci il oktyabrın 1-i tarixinə əmək pensiyalarının orta aylıq məbləği 152 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 168 manat təşkil edib. Ümumilikdə, pensiyaçıların 97%-nin pensiya məbləği yoxsulluq həddindən yüksəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR