Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, illik müqayisədə 20,2% artım deməkdir.
Qüvvədə olan kreditlərin 33,1%-i dövlət, 64%-i özəl banklar, 2,9%-i bank olmayan kredit təşkilatları payına düşüb. Başqa sözlə, dövlət bankları tərəfindən 6 mlrd. 123,5 mln. manat, özəl banklar tərəfindən 11,840 mlrd. manat, bank olmayan kredit təşkilatları tərəfindən 536,5 mln. manat həcmində kredit verilib.
Ümumi kredit portfelinin 78,8%-ini uzunmüddətli kreditlər təşkil edib, 5,3%-nin ödənilmə vaxtı keçib. Bu isə o deməkdir ki, Azərbaycanda problemli kreditlərin həcmi 980,5 mln. manat təşkil edir.