Bakı. Yeganə Laçınzadə - APA-Economics. İyul ayında Azərbaycanda pul bazası azalıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, ötən ay Azərbaycanda pul bazası 51,3 mln. manat azalıb.
Başqa sözlə, iyulda ölkədə pul bazası 0,68% azalaraq 7 538,1 mln. manat olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu, 170,6 mln. manat və ya 2,3%, 2016-cı ilin əvvəli ilə müqayisədə isə 736,3 mln. manat və ya 10,7% artım deməkdir.