Bank Of Baku

Azərbaycanda pul bazası son bir ildə 27% artıb

Azərbaycanda pul bazası son bir ildə 27% artıb
# 10 yanvar 2013 14:07 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2013-cü il yanvarın 1-nə 10 515,0 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2012-ci il yanvarın 1-nə nisbətən bu göstərici 2 239,6 mln. manat və ya 27,1% artıb.

 

O cümlədən, dekabr ayında pul bazası 1 169,0 mln. manat və ya 12,5% artıb. Göründüyü kimi, illik artımın 52%-i ilin son ayının hesabına formalaşıb.

 

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir. Bu vəsaitlər hesabına Mərkəzi Bank kommersiya bankları qarşısında və digər öhdəliklərini icra edir. Pul bazasının artması ölkədə pul təklifinin artmasını əks etdirir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR