Bank Of Baku

Azərbaycanda qızıl hasil edən xarici şirkət cəlb etdiyi kreditin müddətini uzadıb

Azərbaycanda qızıl hasil edən xarici şirkət cəlb etdiyi kreditin müddətini uzadıb
# 11 yanvar 2018 09:29 (UTC +04:00)

Böyük Britaniyanın “Anglo Asian Minning” şirkəti cəlb etdiyi kreditin müddətini uzadır.

 

Bu barədə “APA-Economics”ə şirkətdən məlumat verilib.

 

Məlumata görə, Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan “Anglo Asian Mining”  (AAM) şirkətinin prezidenti və baş icraçı direktoru Reza Vəziri 2015-ci ildə AAM-ə cəlb etdiyi 4 mln. dollar məbləğində kreditin müddətinin uzadılmasına razılıq verib.

 

Cari kredit illik 10%-lə 2018-ci ilin yanvarın 8-dək qüvvədədir. Yeni razılığa əsasən, digər şərtlər dəyişməməklə illik faiz dərəcəsi 7%-dək endirilib və kredit müqaviləsi 2019-cu ili yanvarın 8-dək uzadılıb.  

 

Şirkətin müstəqil direktorlarının fikrincə, səhmdarların maraq göstərdiyi kreditin şərtləri ədalətli və ağlabatandır.

 

Qeyd edək ki, "Anglo Asian Mining" 1997-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Həmin dövrdə imzalanan PSA müqaviləsinə əsasən, şirkət ölkə ərazisində 6 qızıl yatağında hasilat işləri aparır. PSA müqavilədə "Anglo Asian Mining" 49%-lik paya malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR