Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda 2015-ci il yanvarın 1-nə 2 608 ədəd bankomat quraşdırılıb.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin dekabrın 1-i ilə müqayisədə 22 ədəd və ya 0,86% çoxdur, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 186 ədəd və ya 7,68% çoxdur.
Cari ilin oktyabrın 1-nə bankomatların 1 471-i (keçən ilə nəzərən 7,69% artımla) Bakı şəhərində, 1 137-si (7,67% artım) isə digər şəhər və rayonlarda yerləşir.
Beləliklə, ölkə üzrə quraşdırılan bankomatların yarıdan çoxu paytaxtın payına düşür.