Bank Of Baku

Azərbaycanda səhiyyə sektoruna ayrılan vəsaitdən istifadəyə nəzarət gücləndiriləcək

Azərbaycanda səhiyyə sektoruna ayrılan vəsaitdən istifadəyə nəzarət gücləndiriləcək
# 13 dekabr 2012 13:44 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda səhiyyə xidmətlərinin səviyyəsinin artırılması üçün səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması və ayrılmış vəsaitin səmərəli və məqsədyönlü istifadə olunmasını təmin edən mexanizmlərin formalaşdırılması nəzərdə tutulur. «APA-Economics»in məlumatına görə, bu barədə «Azərbaycan-2020: Gələcəyə Baxış» İnkişaf Konsepsiyasında bildirilir.

 

Sənəddə qeyd olunur ki, səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi üçün tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, tibb müəssisələrinin müasir tibbi avadanlıqla təchiz edilməsi həyata keçiriləcək, eyni zamanda səhiyyə islahatları planlı şəkildə davam etdiriləcək. Bu dövr ərzində icbari tibbi sığortaya keçilməsi təmin ediləcək və onun əsasında tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə şərait yaradılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR