Bu ilin yanvar-iyun aylarında Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 1 mln. 643,7 min manat olub.
“APA-Economics” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, may ayındakı göstəricidən 432,6 min manat və ya 35,72% çoxdur. Bir il əvvəl ilə müqayisə etsək, xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımlar 319,8 min manat və ya 24,16% çoxdur.
Xaricə səfər edən vətəndaşların sığortası ödənişlərə gəlincə, bu ilin iyulun 1-nə bu rəqəm 456,1 min manat təşkil edib ki, bu, may ayı ilə müqayisədə 26,3%, 1 il əvvəl ilə müqayisədə isə 3,5 dəfə çoxdur.