Bank Of Baku

Azərbaycanda yanvarda ictimai iaşə dövriyyəsinin həcmi 15%-ə yaxın artıb

Azərbaycanda yanvarda ictimai iaşə dövriyyəsinin həcmi 15%-ə yaxın artıb
# 20 fevral 2015 12:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi 2014-cü ilin müvafiq ayı ilə müqayisədə 13,2% artaraq 71 287,8 min manat olub.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,4%-i hüquqi şəxs statuslu müəssisələrin, 57,6%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

 

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2014-cü ilin eyni ayı ilə müqayisədə 1,8% artaraq 29,7 mln. manat təşkil edib.

 

Bu ilin ilk ayında Azərbaycanda hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların dövriyyəsinin həcmi isə 24% artaraq 40 284,9 min manat təşkil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR