Bank Of Baku

Azərbaycandakı bankların mənfəəti 25% artıb

Azərbaycandakı bankların mənfəəti 25% artıb
# 29 dekabr 2012 09:49 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2012-ci ilin yanvar-oktyabr ayları ərzində 146,25 mln. manat həcmində vergi ödənilənədək mənfəət qazanıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə mənfəətin həcmi 24,9% artıb.

 

Bu ilin yanvar-sentyabr ayları ərzində bankların məcmu mənfəəti 103,36 mln. manat təşkil edib ki, beləliklə, oktyabr ayında banklar 42,89 mln. manatlıq mənfəət qazanıb və bu, ötən ilin oktyabr ayı ilə müqayisə olunmaz nəticədir, çünki ötən ilin oktyabr ayını banklar 1,63 mln. manatlıq zərərlə baş vurub.

 

Bu ilin yanvar-oktyabr aylarında bankların faiz gəlirləri 1 028,48 mln. manat, faiz xərcləri 537,00 mln. manat təşkil edib və nəticədə faiz mənfəəti 491,48 mln. manata bərabər olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 296,82 mln. manat, qeyri-faiz xərcləri isə 485,47 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 188,65 mln. manatlıq zərər yaranıb.

 

Qeyd edək ki, yanvar-oktyabr ayları ərzində Azərbaycanın 35 kommersiya bankı mənfəətlə, 8-i isə zərərlə işləyib. Mənfəətli banklar üzrə məcmu mənfəət 220,91 mln. manat, zərərlə işləyən bankların məcmu zərəri isə 90,73 mln. manata bərabər olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR