Bakı. Yeganə Laçınzadə - APA-Economics. “S.V.N.” MMC fəaliyyətinə xitam verərək “AMAL İnvest Group” MMC-yə qoşulub.
Bu barədə “APA-Economics”ə Vergilər Nazirliyindən məlumat verilib.
Bildirilir ki, “S.V.N.” MMC “AMAL İnvest Group” MMC-yə qoşulması nəticəsində yenidən təşkil olunur.
Qeyd edək ki, “AMAL İnvest Group” MMC “Xalq Bank”ın səhmdarlarından biridir. Şirkətin bankdakı payı 16,15%-dir.
YENİLƏNİB'>