Bank Of Baku

2017-ci ilin büdcə zərfi Milli Məclisdə gələn ay müzakirəyə çıxarılacaq

2017-ci ilin büdcə zərfi Milli Məclisdə gələn ay müzakirəyə çıxarılacaq
# 15 noyabr 2016 14:06 (UTC +04:00)

Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcəsi zərfinin Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix məlum olub.

 

Parlamentdən APA-ya verilən məlumata görə, büdcə zərfi gələn həftə komitələrin birgə iclaslarında müzakirəyə çıxarılacaq.

 

Dekabrın 6, 7 və 8-i isə Milli Məclisin plenar iclaslarında büdcə zərfi müzakirə olunacaq.

 

Büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR