Bank Of Baku

Azərbaycanın aparıcı BOKT-larından biri şəriət qaydalarına uyğun kreditlər verməyə hazırlaşır

Azərbaycanın aparıcı BOKT-larından biri şəriət qaydalarına uyğun kreditlər verməyə hazırlaşır
# 10 fevral 2015 10:23 (UTC +04:00)

Bakı - APA-Economics. Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (İCD, İslam İnkişaf Bankı Qrupunun üzvü) Azərbaycanın aparıcı bank-olmayan kredit təşkilatlarından (BOKT) biri olan “VisionFund AzerCredit” ilə müqavilə imzalayıb.

 

Bu barədə “APA-Economics”ə korporasiyanın marketinq departamentindən məlumat verilib.

 

İmzalanan sənədə əsasən, İCD “VisionFund AzerCredit”ə şəriət qaydaları ilə göstərilən xidmətlərin (təqdim olunacaq yeni məhsulların) hazırlanmasında konsaltinq xidmətləri göstərəcək.

 

Məlumatda qeyd edilir ki, tərəflər arasında nəzərdə tutulan əməkdaşlıq İslam maliyyələşdirilməsi baxımından dünyanın ən perspektivli regionlarından olan Azərbaycanda özəl sektorun inkişafına böyük dəstək verəcək.

 

Qeyd edək ki, “VisionFund AzerCredit” 1996-cı ildə insanlara öz həyatlarını və rifahlarını idarə edə bilmələrini təmin etmək üçün kreditlərin verilməsi məqsədilə yaradılıb. 2002-ci ildə MMC kimi qeydiyyatdan keçib və 2003-cü ildə Azərbaycan Mərkəzi Bankının lisenziyasını alıb.

 

Təşkilatın 40 rayonda 46 ofisi fəaliyyət göstərir ki, bunlardan 22-si digər ərazilərlə müqayisədə maliyyə xidmətləri ilə kifayət qədər təmin olunmayan kənd əraziləridir.

 

Təşkilatın aktiv müştərilərinin sayı 80 min nəfəri ötüb, portfelinin həcmi isə 83 mln. ABŞ dollarına çatır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR