Bank Of Baku

Azərbaycanın bank sektorunun məcmu aktivləri 25 mlrd. manatı ötüb

Azərbaycanın bank sektorunun məcmu aktivləri 25 mlrd. manatı ötüb
# 29 yanvar 2015 14:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri son bir ildə 4 797,4 mln. manat və ya 23,53% artaraq 2015-ci il yanvarın 1-nə 25 mlrd. 182,5 mln. manata çatıb.

 

"APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.

 

2014-cü ilin dekabr ayı ərzində aktivlərin həcmi 475,8 mln. manat və ya 1,92% artıb.

 

Bu ilin yanvarın 1-nə bankların kredit qoyuluşları 18 mlrd. 17,4 mln. təşkil edib ki, bu da illik müqayisədə 20,2% çoxdur. Başqa sözlə, əgər 2014-cü ilin əvvəlində kredit qoyuluşu 14,990 mlrd. manat olubsa, bir ildə bu göstərici 3 027,6 mln. manat artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR