Bakı. Musa Əhmədov - APA-Economics. “Caspian Development Bank (CDB)” ASC “AzeriCard” prosessinq mərkəzinə qoşulub.
Bu barədə “APA-Economics”ə “AzeriCard”dan məlumat verilib.
Qeyd edək ki, bu ilin yanvarın 26-da Azərbaycan Mərkəzi Bankı tərəfindən “Kövsər Bank” Açıq Səhmdar Cəmiyyətinin adının dəyişməsi ilə əlaqədar “Caspian Development Bank (CDB)” ASC-yə bank fəaliyyəti həyata keçirilməsi üçün lisenziya verilib.
Bu lisenziyaya əsasən Bakı şəhərində yerləşən “Caspian Development Bank (CDB)” ASC geniş spektrdə bank və digər maliyyə xidmətləri təklif edir.