Bakı. Yeganə Laçınzadə - APA-Economics. Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) 20 mln. ABŞ dolları məbləğində kredit ayıraraq "AccessBank" ilə uzunmüddətli tərəfdaşlığını davam etdirir.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, birinci növbəli olan bu kredit Azərbaycanın kənd ərazilərində mikro və kiçik müəssisələrin maliyyələşdirilməsində "AccessBank"a dəstək olacaq və bununla ölkədə sahibkarlığın və iqtisadiyyatın inkişafına töhfə verəcək.
"AccessBank" yeni kredit vasitəsilə 6000-dən artıq əlavə mikrokredit verəcək. Bu, həmçinin kiçik və orta sahibkarların maliyyə tələbatlarının yerinə yetirilməsi üçün bank tərəfindən uzunmüddətli investisiya kreditlərinin verilməsinə şərait yaradacaq.