Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Avropa və Avrasiya ölkələri üzrə administratorunun müşaviri xanım Aleksandr Peyci qəbul edib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə ABŞ-Azərbaycan iqtisadi əməkdaşlıq münasibətlərinin inkişaf istiqamətləri, ölkədə həyata keçirilən iqtisadi islahatlar üzrə layihələrin birgə maliyyələşdirilməsi perspektivləri müzakirə olunub. Tərəflər arasında «Regional sosial-iqtisadi inkişafa dəstək», ölkədə infrastrukturun, kənd təsərrüfatının inkişafı və digər sahələrdə həyata keçirilən proqramlar müzakirə olunub, Azərbaycan hökuməti ilə USAID-in mühüm iqtisadi tərəfdaş kimi faydalı əməkdaşlığı bundan sonra da davam etdirəcəyi vurğulanıb.